|
|

Hormetli Azercell ve Sim- sim abonentleri, Mesaj. az saytinda qeydiyatdan kechib dogru elektron unvanini qeyd etseniz hediyye olaraq iki odenishsiz content yukleye bilersiniz
 |
 |
 |
 |
|
 |
Top Oyunlar |
|
 |
 |
|
Kateqoriya: Arkada
Səhifə: < 1 2 3 4 5 6 7 8 9 10 ... 61 62 >
Project Supermodel
|
Seriyadan daha bir oyun (birincisi «Projekt boyfriend» adlanırdı). Bu dəfə Siz Ariyel adlı bir qıza peşəkar model olmaqda kömək etməlisiniz. Artıq çəki və selülit problemlərinə baş vurun! |
Prince Of Persia - Warrior Within
|
Bütün təhükəli macəralardan sonra Fars şahzadəsi sağ qalaraq, bir az da güclənmiş, cəsarətlənmişdir. Amma onu bir macəra da gözləyir: pirat gəmisində o, elə bir sirli və təhlükəli səyahətə yollanır ki, bu səyahət onun gələcək taleyini alt-üst edə bilər. Bu səyahət onu qədim lənətlənmiş, qorxunc sirlər qoruğu olan qəsrlərə gətirib çıxaracaq. Siz müxtəlif səviyyəli döyüş vərdişləri olan amansız məxluqlarla rastlaşacaqsınız. Üstünüzə qarğalar şığıyacaq, baltalar tuşlanacaq, məkrli gözəllər isə Sizi tələyə salmağa cəhd edəcəklər. Lakin Siz döyüş bacarığına, zamanı ləngitmək imkanına maliksiniz. Döyüşlərin reallığı, cəlbedici süjet, bir çox oyun platformalarında olan fantastik ətraf mühit artıq çoxsaylı pərəstişkarını tapmışdır. |
Pitfall Glacier
|
Hətta buz dağları belə yorulmaz Harrini soyuda bilməz və o, yenidən səyahətə çıxmağa can atır! Pitfall oyununun birinci epizodunda yasaq edilmiş cəngəlliklərdə dəfinə tapandan sonra Harri əfsanəvi Buz Artefaktını axtarmağa yollanır. Əfsanəyə görə Artefakt qarlı dağların bütün sakinləri kimi təhlükəli və sirli olan, elmə məlum olmayan bir vəhşi heyvan tərəfindən mühafizə olunur. Beləliklə, Harri Buz Artefaktına çatmaq üçün bu sakinlərin, sonsuz uçurumların və parıldayan buz zirvələrinin öhdəsindən gəlməlidir. Oyunçu, Harri ilə birlikdə tökülən buz qırıntılarından, nəhəng qar topalarından və qayçı kimi iti qartal caynaqlarından yayınaraq oyunun soyuq və gözəl qatlarını keçməlidir. Bunlar hələ azmış kimi pinqvinlər və qar adamları ilə də döyüşmək lazım gələcək. Onlar Harrini dayandırmaq üçün hər şey edəcəklər. |
6 Fears
|
Öz tayfasının ən cəsur ovçuları olaraq, Mar və Qro imtiyazlar sahibi idilər. Imtiyazlardan biri, ən uzaq ərazilərdə ov etmək idi. Günlərin bir günü onlar dağlarda, dərin gizlədilmiş bir məbədə və oradakı nəhəng bir meymuna rast gəldilər. Ovçular məbədə daxil olub, məşəl yandıranda, Marın üstünə bir ağ ayı hücum etdi. Qronu təəccüb və qorxu hissi bürüdü və o, bu qəribə yerdən dərhal çıxıb, öz yoldaşını vəhşi heyvanın əlində qoydu. Günəşin ilk şüaları Mara toxunan kimi, o, birdən hiss etdi ki, onun bütün bədənini tük basıb, beli isə elə əyilmişdir ki, o, asanlıqla əllərini yerə çatdırırdı. Bu cür dəhşətli dəyişikliklər onu həddən artıq qorxuzdu və o, çığırtı ilə, məbəddən qaçdı. Bizim qəhrəman özünə gələndən sonra, özünü danlayıb, qorxaqlıqda suçlayaraq, olanlar haqqında təəssüflənməyə başladı. Sonra isə o, öz tayfalarının şamanına üz tutub, ondan, öz əvvəlki cildinə qayıtmaq üçün məsləhət almaq istiədi. Lakin o, heç cür ətraf yerləri tanıyıb, bir tanış cığırda olsa, tapa bilmirdi. Marın başına qeyri-adi işlər gəlirdi, lakin olanları aydınlaşdırmağa onun vaxtı yoxdur. Onun anladığı bircə o idi ki, tələsmək lazımdır… |
Кто хочет стать миллионером (Millionaire)
|
Özünüzü dünyada Ən populyar olan viktoinalardan birində sınayın. «Milyonçu olmaq istərdinmi?» maraqlı oyununun bütün suallarına cavab verərək öz biliyinizi yoxlayın. Bu oyunun mobil telefonlar üçün olan versiyasında televiktorinanın bütün xüsusiyyətləri: 50:50, dosta zəng, zalın köməyi – saxlanılır. Suallar çox olduğuna görə təkrarlanmırlar. Bu ideal oyunu hər yerdə və hər bir vaxt oynamaq olar. |
Səhifə: < 1 2 3 4 5 6 7 8 9 10 ... 61 62 >
|
 |
|
 |
 |
 |
|
|