Naviqasiya
 
Əsas səhifə

Hormetli Azercell ve Sim- sim abonentleri, Mesaj. az saytinda qeydiyatdan kechib dogru elektron unvanini qeyd etseniz hediyye olaraq iki odenishsiz content yukleye bilersiniz

    Top Oyunlar
 
Kateqoriya: Action
Səhifə: < 1 2 3 4 5 6 7 8 9 10 >


Caitlyn's Quest

Zamanda dəyişmə ilə əlagədar təcrübələr aparan gənc alim Keyt Uorner uzaq gələcəyə səyahət edir. Onu məqsədi nə baş verdiyini aydınlaşdırıb, geri, evə qayıtma yolunu tapmaqdır. Baş qəhrəman iki növ silahdan: lazer tapançası və elektromaqnit topdan istifadə edə bilər. O, gəzə, qaça, maneələri dəf edə və məntiqlə fikirləşə bilər. Keyt öz yolunda bir çox qəribə məxluqlarla və ölümə səbəb ola biləcək tələlərlə rastlaşacaq. Oyunçu bacarıqla öz hərbi təcrübəsindən istifadə etməlidir. Ancaq qələbə üçün bu azdır. Oyunda xüsusi yanaşma tələb edən çoxlu məntiqi məsələlər var. Oyunun əvvəlində gənc alim keçilməz cəngəlliklərə düşür. O, harada olduğunu anlamır və özünün burada peyda olmağı ilə özündən asılı olmayaraq xilas etdiyi balaca heyvancığaz Lokinin köməyi olmasaydı, sağ qalmayacaqdı. Keyt burada, heç də hamısını öldürmək asan olmayan, bir çox təhlükəli heyvanlara rast gəlir. Bəzi yerdə yerli canlılara tələ icad etmək üçün özünün bütün məharət və hiyləsini tətdiq etməli olacaq. Nəhayət, cəngəllik təhlükələri artıq arxadadır. O, insanların qorunacaq yerinin girişi qarşısındadır. Orada oyunçunu çoxlu tələlər gözləyir. Onların öhdəsindən gəlmək üçün özünün bütün zirəkliyindən istifadə etmək lazım gələcək. Düşmən məramlı məxluqatla dolu dolaşıq dolanbaclar. Hər bir ehtiyatsız atılan addım qızın ölümü ilə nəticələnə bilər. Buna görə də Keyt tələyə düşməmək üçün çox diqqətli olmalıdır.

Brothers In Arms

Ikinci Dünya müharibəsi zamanı baş verən tarixi hadisələrin reallığı kimi götürülmüş bu oyun oxşar janrlı oyunların həvəskarlarını tam heyran edəcək. Döyüş oyunu Brothers in Arms: Earned in Blood (Silahdaşlar: Qanlı qələbə), video-hitin mobil versiyası olaraq, Sizi müharibə hadisələrinin ağuşuna atacaq. Burada daimi həyat və ölüm qarşıdurması insan həyatını dəhşətli insan nalələri, qulaqbatırıcı gurultular, hər şeyi tikə-parça edən bomba səsi ilə dolu olan qanlı dəhşətə çevirir.

The Crow

Simasız evlərin tutqun damları, yağışın gətirdiyi məyusluq, yekrəng iş günləri. Gecənin qaralığında o, peyda olur. Intiqam hissi ilə yanan o, güclü və basılmazdır. O, Quzğundur! Əsas rolu Brendon Brüs Li tərəfindən uğurla oynanılmış, əfsanəvi «Quzğun» filmi yadınızdadırsa, onun Sizi qotik əfsanə və sirlərin fantastik dünyasına aparan Mobil versiyasını əsla keçirməyin! Hardasa, keçmişlərdə insanlar öləndən sonra, onların ruhlarının quzğun tərəfindən Ölülər Dünyasına aparılması əfsanəsinə inanırdılar. Lakin bzən məlum olmayan səbəblər üzündən nə isə bir qəribəlik baş verirdi: ruh dəhşətli əzablar çəkərək, özünə rahatlıq tapa bilmirdi. Bu vaxt quzğun, ruhunu və canını ölmüş sahibinə qaytararaq, ona qarşı edilən pisliyin qisasını almaq üçün şərait yaradırdı.

GodFather

Çox maraqlı atışma! Özünü əsgər yerində təsəvvür et. Sənin vəzifən yoluna çıxan düşmənləri öldürmək və yol boyunca düşmənlərlə vuruşmada sənə lazım olacaq silahları toplamaqdır. Oyun 9 səviyyədən ibarətdir

X-Files The Lions Den

FBR аgеntləri Mаldеr və Skаlli sənin köməyini gözləyirlər. Çünki sən - InVitrox аdlı gеnеtik tədqiqаtlаr аpаrаn gizli kоrpоrаsiyаnın kеçmiş mühаfizəçisisən. Sən də bu tədqiqаtlаr hаqdа çох bilirsər. Bunа görə də, "məхvi mаtеriаllаrın" əməkdаşlаrı müəmmаlı ölümlərin səbəblərini аrаşdırmаqdа оnlаrа kömək еtməyini səndən хаhiş еdirlər. Tаpmаcаnın аçаrlаrı kоrpоrаsiyаnın içindədir. Аrtıq məlumdur ki, bütün dünyаdа insаnlаrın həyаtını təhlükə аltındа qоyаn dəhşətli bir sınаq hаzırlаnır. Sübut və dəlilləri tаpıb dəli аlimlərin qаbаğını аlmаq lаzımdır!


Səhifə: < 1 2 3 4 5 6 7 8 9 10 >
    Dil seçimi
 
    Email-ın qeydiyyatı
 

    Axtarış
 


Alitech
footer left footer right